Məxfilik siyasəti
BankingApp banklar, BOKT-lər, sığorta şirkətləri və digər maliyyə xidməti təminatçıları üzrə məlumat xarakterli müqayisə platformasıdır. Tətbiq maliyyə təkliflərini göstərmək, müqayisə etmək, müraciət yönləndirməsi yaratmaq, bildirişlər, inbox təklifləri, premium funksiyalar və tərəfdaş idarəetmə imkanları təqdim etmək üçün məlumat emal edir.
Toplanan məlumatlar istifadəçinin tətbiqdən necə istifadə etməsindən asılıdır və ad, soyad, e-mail ünvanı, telefon nömrəsi, doğum tarixi, istifadəçi identifikatoru, profil fotosu, şəhər, maliyyə maraqları, istifadəçinin özü daxil etdiyi FIN və iş yeri məlumatları, ictimai görünmə icazələri, müraciət tarixçəsi, inbox mesajları, axtarış və sorğu məlumatları, tətbiq əməliyyatları, dil və görünüm seçimi, PIN/biometrik kilid seçimi, online status, son aktivlik vaxtı, cihaz və bildiriş tokenləri, premium/abunəlik statusu və AI köməkçi istifadəsi qeydlərini əhatə edə bilər.
Tam məkan məlumatı yalnız istifadəçi icazə verdikdə yaxın filial və ya ofis tapmaq, xəritə/naviqasiya yönləndirməsi göstərmək üçün istifadə olunur. BankingApp məkan tarixçəsini daimi izləmə məqsədi ilə toplamır. Xəritə və naviqasiya açıldıqda məlumat Google Maps və ya cihazın xəritə xidməti tərəfindən də emal oluna bilər.
Profil fotosu və istifadəçinin daxil etdiyi məlumatlar profilin göstərilməsi, hesabın tanınması və istifadəçinin seçdiyi icazələr çərçivəsində tərəfdaşlara lazımi məlumatın ötürülməsi üçün işlənir. Telefon, e-mail, şəhər, maraqlar, FIN və iş yeri kimi sahələrin tərəfdaşlara görünməsi istifadəçinin ayrıca icazəsindən asılıdır.
Doğum tarixi yaş uyğunluğunu qiymətləndirmək və istifadəçinin doğum günündə tətbiqdaxili təbrik mesajı göstərmək üçün saxlanılır. Bu məlumat tərəfdaşlara ayrıca açıq profil sahəsi kimi göstərilmir.
Tərəfdaş hesabları üçün təşkilat adı, nümayəndə məlumatları, təşkilat rolu, təsdiq statusu, sayt linki, məhsul, kampaniya, reklam, müraciət linkləri, analitika göstəriciləri, tərəfdaş inbox mesajları və istifadəçi sorğularına cavab məlumatları saxlanıla bilər.
AI Maliyyə Köməkçisi istifadə edildikdə istifadəçinin yazdığı sual, seçilmiş məqsəd, məbləğ, müddət, gəlir kimi daxil edilən məlumatlar və uyğun məhsul konteksti cavab yaratmaq, istifadə limitlərini qorumaq və sui-istifadənin qarşısını almaq üçün backend üzərindən emal olunur. AI cavabları məlumat xarakterlidir və maliyyə məsləhəti və ya təsdiq zəmanəti deyil.
BankingApp kredit vermir, bank hesabı açmır, pul köçürməsi aparmır, kart və ya sığorta satışı üzrə yekun qərar vermir, istifadəçinin bank balansına daxil olmur və bank sirri təşkil edən hesab əməliyyatlarını emal etmir. Məhsul və kampaniya şərtləri müvafiq təşkilatlar tərəfindən dəyişdirilə bilər.
Məlumatlar Firebase, Google Cloud, Google Play xidmətləri, Google Play Billing, Firebase Cloud Messaging və AI backend təminatçıları kimi servis prosessorları tərəfindən yalnız tətbiqin işləməsi üçün emal oluna bilər. BankingApp şəxsi məlumatları satmır.
Bütün şəbəkə ötürmələri HTTPS üzərindən aparılır. Məlumatlara giriş servis funksiyaları, admin panel, təhlükəsizlik nəzarətləri və istifadəçinin icazə verdiyi tərəfdaş rolları ilə məhdudlaşdırılır.
İstifadəçi tətbiq daxilindən hesabını silə və ya bankingapp.az@gmail.com ünvanına müraciət edərək hesab və əlaqəli məlumatların silinməsini tələb edə bilər. Hesab silindikdə profil, ayarlar, inbox, müraciətlər, AI qeydləri və uyğun tərəfdaş məlumatları silinir və ya anonimləşdirilir. Qanuni, təhlükəsizlik və audit tələbləri üçün minimal texniki qeydlər məhdud müddət saxlanıla bilər.
Əlaqə: bankingapp.az@gmail.com